16 C
Baku
Friday, April 26, 2024

Analitika və Tədqiqat üzrə Rəhbər – Nar

Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Analitika və Tədqiqat üzrə Rəhbər

Əsas vəzifə və öhdəliklər:

• Rəhbərlik  tərəfindən müəyyən olunmuş sahələrdə şirkətin kommersiya fəaliyyəti haqqında ətraflı təhlilər aparmaq, bazarın tələbi və şirkət dinamikasına uyğun olaraq yeni istiqamətləri müəyyən etmək  və şirkətin strateji marketinq planlaşdırmasının təkmilləşdirilməsində iştirak etmək
• Yerli bazarda rəqiblərin dinamikasının monitorinqini aparmaq və onların performansını ətraflı təhlil etmək
• Telekommunikasiya sahəsində olan beynəlxalq trendlərə və bunun şirkətin kommersiya strategiyasına təsirinə nəzarət etmək
• Şirkətin mənfəətini artırmaq və xərclərini azaltmaq məqsədilə təhlilər apararaq müxtəlif təkliflər hazırlamaq
• Rəhbərlik tərəfindən müəyyən olunmuş prioritetlərə uyğun olaraq bazarın  araşdırılması; gizli müştəri araşdırması, fokus qruplar, yeni məhsul və xidmətlərin konsept test edilməsi, müştərilərin profil təhlilləri, müştəri məmnuniyyətinin ölçülməsi, kommunikasiya kanallarıın effektivliyinin dəyərləndirilməsi kimi daxili və xarici tədqiqatlar üzrə cavabdeh olmaq
• Şirkətin kommersiya fəaliyyəti ilə bağlı BI/DWH/Data Mining layihələrində iştirak etmək  və onları idarə etmək
• Şirkətin əsas performans göstəriciləri barədə aylıq hesabatlar hazırlamaq
• Büdcə ilə əlaqədar məsələlərə nəzarət etmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Azərbaycan, Rus və  İngilis dillərini mükəmməl bilmək
• MS Office proqramlarını mükəmməl bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, İdarəçilik, Marketinq, Riyaziyyat və ya Biznesin İdarə olunması üzrə Ali Təhsil
• Hesabatlar, Tədqiqat və Analitika sahəsində 4-5 il iş təcrübəsi

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi:  17/10/2016

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Analitika və Tədqiqat üzrə Rəhbər qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər