Analitiklər: “Kreml siyahısı”nın rubla təsiri cüzi olacaq

ABŞ-ın “Kreml siyahısı”nın Rusiya maliyyə bazarlarına, fond birjalarına və rublun məzənnəsinə təsiri məhdud olacaq. Belə bir nəticə “RİA Novosti” agentliyinin sorğusu əsasında formalaşıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi “Kreml məruzəsi” çərçivəsində Rusiyanın 96 iri biznesmeni və 114 siyasətçisinə sanksiya tətbiq edə biləcəyini açıqlayıb. Xəbərdən sonra Rusiyada dolların məzənnəsi 56,6 RUB/USD, avro – 70,1 EUR/USD səviyyəsində sabit qalıb, Moskva Birjası 0,4%, RTS indeksi isə 0,3% azalma göstərib.

“Alpari” investisiya şirkətinin baş analitiki Vadim İosun və “Fridom Finans” şirkətinin fond birjalarında əməliyyatlar üzrə idarə rəhbəri Georgiy Vaşşenkoya görə, maliyyə bazarları qərara təmkinli reaksiya verəcək. Fond birjalarında son zamanlar baş verən sürətli artım diqqətə alınarsa, fevral ayında indekslərdə müəyyən korreksiya müşahidə oluna bilər.