15 C
Baku
Friday, April 26, 2024

Analitiklər hesab edir ki, Avronun məzənnəsi 1,25 dollaradək arta bilər

Qlobal bazarda avronun ABŞ dolları ilə müqayisədə məzənnəsində qısamüddətli perspektivdə bir qədər ucuzlaşma müşahidə oluna bilər. Buna səbəb avronun əsas rəqibi olan dollara nisbətən 2017-ci ildə 15%-ə yaxın bahalaşmasından sonra investorların gəlirlərin qismən reallaşdırılması, mart ayının 4-də İtaliyada keçiriləcək parlament seçkilərinin nəticəsində qeyri-müəyyənlik, FED-in mart iclasında uçot dərəcəsini artırma ehtimalları yer alır.

Bu səbəbdən USD/EUR məzənnəsinin 1,17 səviyyəsinə qədər geriləməsini Reportun analitik qrupu mümkün sayır: “Lakin 2018-ci il ərzində məzənnənin 1,25 USD/EUR səviyyəsinə qədər artması ehtimalı var”.

Analitiklərin fikrincə, texniki təhlillər göstərir ki, bu ilin II və III rüblərində məzənnə bu səviyyəyə qədər yüksələ bilər. Lakin daha sonra məzənnənin getdikcə geriləyərək mütləq paritetə enəcəyi və daha aşağı düşəcəyi gözlənilir. Belə ki, ABŞ iqtisadiyyatının tarixən avrozona iqtisadiyyatından daha sürətlə inkişaf etməsi, FED-in monetar siyasətini ECB-yə nisbətən daha çox sərtləşdirəcəyi, nəticədə dollara tələbatın yüksək olacağı reallıqdır.

“Hazırda FED-in uçot dərəcəsi 1,50%, ECB-nin isə 0% olsa da, dolların möhkəmlənməsinin ABŞ iqtisadiyyatına bu mərhələdə çətinlik yaratması səbəbindən süni olaraq dollar ucuzlaşdırılır. Həmçinin FED-in uçot dərəcəsini artırmasına yardım etmək üçün il ərzində neftin də qiyməti yüksək qalmağa davam edəcək”, – “Report”un analitikləri əlavə ediblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər