23 C
Baku
Friday, April 19, 2024

“Android Pay” ödəniş sistemi bağlandı

“Google” korporasiyası “Android Pay” ödəniş xidmətinin fəaliyyətini dayandırıb.

“PhonArena” nəşrinin məlumatına görə, şirkət köhnə xidməti yeni “Google Play” xidmətinə keçirib. Mahiyyətcə “Google” “Android Pay” və “Google Wallet” xidmətlərini ümumi bir xidmətdə birləşdirəcək.

Şirkətdən verilən məlumata görə, istifadəçilər “Google Play”ə keçməkdə heç bir çətinlik keçirməməlidirlər.

“Bu dəyişiklər kosmetikdir və Sizin vərdişləri dəyişməli olmayacağıq”, – deyə “Google”un bloqunda deyilir. Bu xidmət, “Android Pay” kimi, ticarət şirkətləri, internet mağazalar və əlavələrlə işləyəcək.

Şayiələrə görə, yeni xidmət “Chrome” brauzerində və “Chrome OS” platformasında yaradıla bilər.

Qeyd edək ki, “Android Pay” 2015-ci ildə “Android” əməliyyat sistemi ilə işləyən smartfon, planşet və cihazlar üçün ödəniş sistemi olaraq yaradılıb.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər