25 C
Baku
Friday, April 19, 2024

“Android” sistemli ən populyar smartfonların adları açıqlandı

“AnTuTu” şirkəti ötən ilin yanvarın 1-dən dekabrın 31-nə kimi istifadəçilər tərəfindən sınaqdan keçirilən “Android” əməliyyat sistemli smartfonların daha bir reytinqini təqdim edib.

“Ixbt.com” saytına istinadən məlumatına görə, hələ yarım il bundan əvvəl dünya bazarlarında ən populyar smartfonlar “Samsung” şirkətinin smartfonları idi. İndi isə ilk yeri “Xiaomi Redmi Note 3” smartfonları tutur. Onun ardınca isə üç il öncə istehsal olunmuş “Xiaomi Mi5” smartfonu gəlir.

“Samsung Galaxy S7 Edge” və S6 smartfonları isə müvafiq olaraq üçüncü və dördüncü yerləri tuturlar.

Ayrı-ayrılıqda Rusiyanı götürsək, bu ölkədə lider “Xiaomi Redmi Note 3” smartfonudur. Özü də yaxın izləyicisindən çox böyük fərqlə irəlidədir. İkinci yeri “Asus ZenFone 2” smartfonu tutur. “Samsung” smartfonları isə altıncı yerdən onuncu yerlərə qədər qərarlaşıb.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər