12 C
Baku
Thursday, March 28, 2024

“Android”lərin 41%-i dağıdıcı “Wi-Fi” hücumu qarşısında dayanıqsızdır

“Wi-Fi” şifrləmə protokolunda aşkar edilmiş təhlükəli boşluq nəticəsində “Android” sistemi ilə işləyən smartfonların 41%-i “KRACK” hücumu qarşısında dayanıqsızdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “KRACK” hücumu yalnız simsiz marşrutlayıcıları deyil, həmçinin “Windows”, “iOS” və “macOS” sistemi ilə işləyən kompüterləri təhdid edir, lakin “Android” və “Linux” istifadəçiləri daha böyük təhlükə ilə üz-üzədirlər. Təhlükəsiz rabitə kanalına müdaxilə edən haker məxfi informasiyanı ələ keçirə, trafiki dəyişə, zərərverici kod tətbiq edə və qanuni proqramları saxtaları ilə dəyişdirə bilər.

“Android” və “Linux” sistemlərində “Wi-Fi” parola müdaxiləyə ehtiyac yoxdur: şəbəkənin əhatə zonasında olmaq kifayət edir. “Google” bu problem barədə xəbərdar edilib və 6 noyabrda təhlükəsizlik paketi çıxaracaq.

“Microsoft” şirkəti artıq “Windows” sisteminin bütün dəstəklənən versiyaları üçün təhlükəsizlik paketləri çıxarıb.

Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə haqda dünən məlum olub. Potensial təhlükə haqda “US-CERT” təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrindən biri) məlumat verib.

Son xəbərlər
Digər xəbərlər