13 C
Baku
Friday, April 26, 2024

Angela Merkel istefa verə bilər

Almaniya kansleri Angela Merkel KİV-nin kanslerin vaxtından əvvəl istefa verəcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib. O verdiyi müsahibədə bildirmişdir: “Cari qanunvericilik dövründə yaxşı işləmək arzum var, sonrasına isə baxarıq”.

Bundan əvvəl isə Spegel jurnalı Almaniyanın partiya və hökumət dairələrinə istinadən merkelin vaxtından əvvəl istefa verəcəyini bəyan etmişdi. Merkelin 60 illiyinə həsr edilmiş məqalədə belə iddia edilirdi ki, onun ətrafında olan hər kəs kanslerin tezliklə tutduğu vəzifəsindən könüllü şəkildə istefa verəcəyinə əmindir.

Spegel jurnalının qeyd etdiyinə əsasən, 2005-ci ildən bu vəzifəyə sahib olan Angela Merkel öz karyerasının ən pik nöqtəsindədir. Almaniya onun rəhbərliyi altında maliyyə böhranını uğurla keçirmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər