25 C
Baku
Saturday, April 20, 2024

Antiliya – heç kimin yaşamadığı dünyanın ən bahalı evi

Bu valehedici binanı müxtəlif cür adlandırmaq olar: göydələn, malikanə və ya saray, lakin bir şey dəqiqdir – bu hindli milyarderin ağlasığmaz zənginliyinin və qeyri-məhdud hakimiyyətinin aydın təcəssüm formasıdır.

Hindistan meqapolisinin sakinləri və dünyanın hər yerindən gələn turistlər ekstarvaqant göydələni görəndə öz heyranlıqlarını və təəccüblərini gizlədə bilmirlər. Diqqətinizə dünyanın ən bahalı binası olan Antiliyanı çatdırırıq.

Antiliya yüz yetmiş metrlik divarları olan inanılmaz tikilidir, dünya mətbuatı onu daha çox assimetrik şüşə, metal konstruksiya və keramika lövhələr yığını kimi təsvir edir. Antiliya 27 mərtəbəli binadır, mərtəbələrdən bəziləri böyük boşluqla ayrılıb.

Bütövlükdə dörd mərtəbə asma bağlardan ibarətdir, lakin bu, yeni Hindistan möcüzəsinin yeganə fövqəladə xüsusiyyəti deyil. Ev sahibləri və onun ziyarətçiləri trenajor zalı olan idman-sağlamlıq mərkəzindən, eləcə də geniş rəqs meydançası və hovuzdan da istifadə edə bilərlər.

Böyük malikanədə təmtəraqlı kübar məclisləri həyata keçirmək üçün zal, qonaqlar üçün ayrıca otaqlar, 9 ədəd sürətli lift, əlli nəfərə hesablanmış istirahət və kinoteatr üçün çoxsaylı otaqlar yerləşib.

Bir neçə mərtəbənin ayrıldığı binanın park etmək üçün nəzərdə hissəsində eyni anda yüz altmış avtomobil yerləşə bilər. Lakin bu, Mukeş Ambani və onun ətrafını qane etmək üçün kifayət etmədi. Ev sahibi və qonaqların şəxsi avtomobillərini saxlamaq üçün daha bir yer ayrıldı – bu binanın damıdır, burda həm də üç vertolyot meydançası var. RelianceIndustries-ın məlumatlarına əsasən, Antiliyanın tikilməsi 50-70 mln ABŞ dollarına başa gəlmişdir.

Binanın adı Atlantik okeanında yerləşən mifik ada-Antiliyanın şərəfinə qoyulmuşdu. Bütün bunlara baxmayaraq, hazırda dünyanın ən bahalı evi sahibləri tərəfindən öz təyinatına uyğun istifadə olunmur. Bunun səbəbi xurafatla bağlıdır. Milyarderin ailəsi ona görə bu möhtəşəm binaya köçmək istəmir ki, onlar inanırlar ki, bu onlara bədbəxtlik gətirəcək. Onlara görə, göydələn vastu-şastranın (fen-şuy təliminin Hind versiyası) memarlıq və dizayn planlaşdırmasının ənənəvi qanunlarına əsasən tikilməyib. Qədim Hind adət-ənənələrinə görə pəncərələrin əhəmiyyətli bir hissəsi günəşin doğduğu şərqdə yerləşməlidir.

Ev sahiblərinin sözlərinə görə, pəncərələrin kifayət qədər olmaması bu tələblərə cavab vermir. Məhz buna görə də ailə gözlənilməz qərar alaraq, daimi olaraq öz evlərində yaşamırlar. Ambani ailəsi özlərinin daha sadə – on altı mərtəbəli evlərində yaşayırlar.

2010-cu ildə bina tikintisinin sona yaxınlaşdığı vaxtlarda əhalinin əksər hissəsinin 2 dollara yaşadığı bir vaxtda belə bir binanın tikilməsini Mumbai sakinləri tərəfindən etirazlara səbəb oldu. Bir çoxları milyarderin belə bir qərar verməsində bunun da təsiri olduğunu hesab edirlər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər