21 C
Baku
Thursday, April 25, 2024

Apple diabet xəstəliyinin müalicəsi üçün gadget yaradacaq

Banker.az saytının CNBC nəşrinə istinadən verdiyi xəbərə görə, Apple şirkəti şəkərli diabet xəstəliyinin müalicəsi sahəsində yeni texnologiyanın yaradılması ilə məşğul olacaq mühəndis-biohəkim qrupu yaradıb.

 

Gizli laboratoriya Kaliforniya ştatı Palo-Alto şəhərində yerləşir. CNBC bildirir ki, şirkət demək olar ki, 5 ildir ki, layihə üzərində işləyir.

Layihə üzərində işləyən mütəxəssislərin fikrincə, cihaz bu xəstəlikdən əziyyət çəkən şəxsin onu rahatlıqla özü ilə daşıya bilməsi üçün daşına bilən ötürücünü xatırladacaq.

Əgər Apple şirkəti sözügedən bu cihazı yarada bilsə, bu diabetdən əziyyət çəkən bir çox insanın həyatını yüngülləşdirəcək. Bundan əlavə, bu digər tibbi araşdırmalara stimul vermiş olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər