13 C
Baku
Friday, April 19, 2024

Apple, öz “düşmənini” işə götürdü

Apple, Jailbreakin-məşhur adlarından birini (Düşməni sayıla biləcək birini) işə götürdü.

Apple, özünün təsdiqləmədiyi tətbiqləri çıxarması və pulsuzi OS tətbiqi təqdim etməsi ilə məşhur Jailbreak-in üzvlərindən biri ilə razılaşdı

Apple, təhlükəsizlik mövzusunda özünü dünyanın ən yaxşı firması olaraq təyin edir. Xüsusilə CIA ilə başladığı məlumat döyüşündə dik duran, əsla boyun əyməyən və istifadəçi təhlükəsizliyini hər zaman ön planda tutan Apple, bu uğurda davamlı olaraq yeni addımlar atmağa davam edir.

Dünyada yer alan ən yaxşı təhlükəsizlik mütəxəssislərini yığaraq tərkibinə daxil edən Apple, son olaraq özünə düşmən sayıla biləckJonathan Zdziarski-ni tərkibinə daxil etdi. Zdziarski, Apple-ın yaxşı münasibəti olmayan jailbreak birliyinin bir üzvü idi. Apple-ın təsdiqləmədiyi tətbiqləri təqdim edən jailbreak, Apple cihazlarının zəmanətdən çıxmasına səbəb ola bilirdi.

Zdziarski-nin Apple-da nə edəcəyi haqqında detallar açıqlanmayıb ancaq o, paylaşdığı blog yazısı ilə Apple-a qatıldığını bildirdi.

“Apple təhlükəsizlik mühəndisliyi və memarlıq qrupuyla birlikdə çalışacağımı elan etməkdən məmnuniyyət duyuram. Başqalarının təhlükəsizliyini və gizliliyini qorumağa istiqamətli həvəsimi, mənim kimi düşünən insanlarla paylaşmaq üçün çox həyəcanlıyam.” dedi.

Zdziarski, etdiyi şərhlərin davamında bu qərarın özü üçün vicdan məsələsi halını aldığını və gizliliyin gizli olaraq qalması lazım olduğunu ifadə etdi. Zdziarski-yi tanımayanlar üçün qeyd edək ki, özü iOS Hacking birliyində NerveGas adı ilə bilinən biri idi. Apple-ın FBI ilə etdiyi iPhone 5C döyüşündə Apple üçün mütəxəssis analizi təmin etmişdi. Apple-a və Jonathan Zdziarski-yə uğurlar arzulayırıq.

Son xəbərlər
Digər xəbərlər