Apple şirkətinin həmtəsisçisi: Stiv Cobs şirkətin beyni deyildi

Apple şirkətinin həmtəsisçisi Stiv Voznyak “Amokonf-2018”dəki çıxışında Apple haqda filmləri sevməməsinin səbəblərindən danışdı. Onun sözlərinə görə, Hollivudda “alma” haqqında filmlərə çox bəzək-düzək verilib və Apple-ın ikinci təsisçisi Stiv Cobs olduqca ideallaşdırılıb.

“Əlbəttə ki, Apple möhtəşəm və olduqca uğurlu şirkət olduqdan sonra, Hollivudda bu haqda film çəkmək qərarına gəldilər. Lakin onları yalnız şirkətin başlanğıcı maraqlandırırdı. Onlar həmişə, ilk gündən Stiv Cobsun əsas qəhrəman olmasını istəyirdilər. Stiv Cobsun belə idellaşdırılırdı – o şirkəti yaradıb və o şirkətin əsas beyni olub. Lakin hər şey tamamilə fərqli idi, – deyə Voznyak bildirib. – Əlbəttə ki, Stiv Apple-ın etdiyi hər şeyin siması idi, mən isə lаboratoriyada olmaq və yeni kompyuterlər ixtira etmək istəyirdim. Mən Stivə elə də dedim: “Mən ictimaiyyət arasında olmaq istəmirəm, şirkətin siması sən ol”. Stiv möhtəşəm marketoloq idi, o texnologiyalar haqda yalnız əsas anlayışları bilirdi, lakin öz kompyuterlərini yaratmağa çalışarkən çox səhvlərə yol vermişdi. Bununla belə, o möhtəşəm marketoloq idi, plyus kompyuter satmağın yollarını bilirdi. O, dünyanın hansı istiqamətdə inkişaf edəcəyini bilirdi. Lakin texniki baxımdan bilikləri dərin deyildi”.

Voznyak filmdə Apple tarixindəki bütün real hadisələrin düzgün əks olunmadığından təəssüflənir. “Unutmayın ki, yeganə sərfəli kompyuter Apple 2 idi. Biz şirkəti qurmazdan əvvəl, bu kompüter şəxsən mənim özümün idi. Onu mən yaratmışdım”, – deyə Voznyak qeyd edir.

O Apple haqqında filmin şirkətin özü haqda deyil, Stiv Cobsun şəxsiyyətinə həsr olunduğuna görə narazıdır. Həmçinin Voznyak hesab edir ki, belə filmlərdə iPod pleyerinin bazara çıxarıldığından sonra, Apple-ın necə inkişaf etdiyini heç kim göstərmir.

“Stiv (Cobs) kompüterləri yaxşı anlamır, lakin insanlar və istehlakçı elektronikasını yaxşı başa düşürdü. iPod-u o yaradıb. iPod sayəsində şirkətimizin kapitalizasiyası heç vaxt olmadığı qədər yüksəldi. Səhmlərin satış və kotirovkası ikiqat artdı” – deyə Voznyak xatırlayır.

📝 RƏY BİLDİR