24 C
Baku
Friday, April 26, 2024

Apple şirkətinin yeni maliyyə direktoru kim olacaq?

Apple şirkəti özünün maliyyə direktoru Peter Oppenheimer-in bu ilin sentyabr ayında vəzifəsini tərk edəcəyini elan etdi. Onun yerini isə maliyyə işləri üzrə cari vitse-prezident Luka Maestri tutacaq.

Peter Oppenheimer Stiv Jobsun 1997-ci ildə şirkətə qayıtdığı vaxtda Apple şirkətində baş direktor vəzifəsində işləməyə başlamışdı. Oppenheimer maliyyə direktoru vəzifəsinə isə 2004-cü ildə keçmişdi. Bu yaxınlarda o Goldman Sachs-ın direktorlar şurasına qəbul edilmiş və həmçinin şirkətin yeni baş-qərargahının yaradılması layihəsi üzərində işləyir.

Apple şirkətinin icraçı direktoru Tim Kuk əməkdaşlarına yazdığı məktubda Oppenheimer-dən imtina etdiyini və onu öz dostu hesab etdiyini yazır. Onun sözlərinə görə Peter qəfil olaraq şirkəti tərk etmir və onun yerinə layiqli davamçı gələcək. Oppenheimer öz zamanını “ailəsi ilə keçirmək” üçün gedir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər