“Apple” tarixində ən böyük sızıntı baş verib, mənbə kodları oğurlanıb

iOS yükləmələri üçün cavabdeh olan “iBoot”un mənbə kodları “Github”da yerləşdirilib. Mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir.

Bu barədə dünya mətbuatına istinadən xəbər verir.

“Github”a sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub. Bildirək ki, “iBoot”un mənbə kodları gizli məlumatlardır, “Apple” bu faylları yayımlamır.

“Apple Mac OSX” və İOS əməliyyat sistemləri haqqında kitab müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb.

“Apple” bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.