21 C
Baku
Thursday, April 25, 2024

Apple yeni iş yerlərinin yaradılmasına 1 milyard dollar yatırdı

Amerikanın nəhəng Apple şirkəti ABŞ-da yeni iş yerlərinin yaradılmasına 1 milyard dollar vəsait yatırır.

Banker.az saytı xəbər verir ki, bu haqda məlumatı isə CNBC telekanalına müsahibəsində şirkətin rəhbəri Tim Kuk verib. O həmçinin qeyd edib ki, ilk yatırımlar haqqında məlumatı may ayından sonra verəcək. Bu məqsədlər üçün xüsusi fond yaradılacaq.

Associated Press nəşri qeyd edir ki, Apple şirkətinin bu addımını tənqidlərə qarşı gəlmək üçün bir cəhd kimi qiymətləndirmək olar. Belə ki, şirkətin məhsullarının əksəriyyəti Çində və yaxud digər ölkələrdə istehsal olunur və bu narazılıqlar yaradır.

CNBC isə bunun əksinə vurğulayır ki, Apple şirkəti ABŞ-da artıq 2 milyon yeni iş yeri yaradıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər