15 C
Baku
Saturday, April 20, 2024

Apple yenidən nüfuzunu bərpa etdi

Dünyaca məşhur Apple şirkəti Barron’s nəşrinin hər il təşkil etdiyi reytinqdə yenidən ilk pilləyə yüksələ bilmiş və ən etibar edilən şirkət nüfuzunu bərpa etmişdir. Şirkət keçən il öz yerini investiisya şirkəti olan Berkshire Hathaway-ə vermişdi.

Apple şirkəti ilə yanaşı, Google şirkəti 4, Intel şirkəti 21, Qualcomm 38, Samsung 39-cu pillədə qərarlaşmışdır. Reytinqi isə Rusiyanın Gazprom şirkəti tamamlamış və 100-cü pillədə qərarlaşmışdır.

Qeyd edək ki, reytinqdə ilk dəfə iştirak edən şirkətlər arasında Facebook şirkəti də var. Mark Tsugerbergin şirkətinin gəlirinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq şirkət yalnızca 83-cü pillə ilə kifayətlənmişdir.

Apple şirkətinin 2014 maliyyə ilinin III rübünə olan proqnozları:

  • 36 milyard dollardan 38 milyard dollar səviyyəsində gəlir
  • 37-38% rüblük gəlir
  • 4,4  – 4,5 milyard dollar səviyyəsində əməliyyat xərcləri
  • 200 milyon dollar həcmində digər gəlirlər (xərclər)
  • 26,1% həcmində vergi tutulması

Son xəbərlər
Digər xəbərlər