14 C
Baku
Thursday, March 28, 2024

“Aqrolizinq” şirkətində baş vermiş cinayət işinin istintaqı yekunlaşdı

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

İstintaq zamanı Şəki regional logistik bazasının müdiri Cabbar Qaffarovun qulluq mövqeyindən sui-istifadə edib dövlət büdcəsinin vəsaiti hesabına alınan 109 min 500 manat dəyərində mineral gübrələrin qanunsuz olaraq ayrı-ayrı şəxslərə güzəştli şərtlərlə satışını həyata keçirərək “Aqrolizinq” ASC-nin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında, eyni zamanda bazanın anbardarı Seymur Ənnağıyevlə əlbir olub mineral gübrələri hüquqi və fiziki şəxslərə sataraq əldə olunmuş 12 min 800 manat məbləğində külli miqdarda özgə əmlakını mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan Cabbar Qaffarova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Seymur Ənnağıyevə isə həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunmuşdur.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər
Digər xəbərlər