25 C
Baku
Friday, April 19, 2024

ARDNF-dən əmlak alışına dair rəsmi açıqlama

Azərbaycan Respublikası Dövlət Neft Fondu daşınmaz əmlak alışı ilə bağlı xəbərlərə rəsmi açıqlama verib.

“ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, kapital strukturu, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmamışdır.” – deyə Fondun açıqlamasında deyilir.

Xatırladaq ki, ötən gün bir sıra KİV-lərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avstraliyada yeni daşınmaz əmlak almasına dair məlumatlar yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər