13 C
Baku
Friday, April 19, 2024

ARDNF internet səhifəsinin yaradılması üzrə tender elan edir

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın rəsmi internet səhifəsinin yaradılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflər sorğusu keçirir.

Müsabiqə iştirakçıları əsas şərtlər toplusunu əldə etmək üçün ARDNF-ə müraciət etməlidirlər. Təkliflər 2 oktyabr 2017-ci il yerli vaxtla saat 18.00-dək ARDNF-ə təqdim edilməlidir. Təklif zərfləri 3 oktyabr 2017-ci il yerli vaxtla saat 11.00-da ARDNF-də (Bakı şəhəri, H.Əliyev prospekti 165, AZ1029) açılacaqdır.

Maraqlananlar əlavə məlumat üçün ARDNF-ə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, H.Əliyev prospekti 165, AZ1029, əlaqələndirici şəxs: Ülviyyə Mehralıyeva, telefon: (012) 498 77 53 daxili nömrə – (1805) Faks: (012) 565 87 55.

Son xəbərlər
Digər xəbərlər