15 C
Baku
Saturday, April 27, 2024

ARDNF-in Londondakı əmlakının 30% ucuzlaşacağı proqnozlaşdırılır

Gələn ilin sonunadək Londonun mərkəzi hissəsində yerləşən ofislərin qiyməti 30% azala bilər.

“Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu barədə “Deutsche Bank”ın hesabatında deyilir.

Daşınmaz əmlakın ucuzlaşmasına Böyük Britaniyanın Avropa İttifaqından çıxması göstərilir.

Hesabatın müəllifi Saymon Uolles bildirib ki, qiymətlər hazırda da azalmaqdadır, lakin gələn il bu proses daha da sürətlənəcək: “Biz Londonun daşınmaz əmlak bazarına investisiya yatırmaq istəyən investorlara gələn ilin sonunadək gözləməyi tövsiyə edirik”.742c1708cb6c1968e1b4c61cd8fdae61

S. Uolles əlavə edib ki, tarixən Londonun daşınmaz əmlak bazarında qiymətlər tez-tez dəyişir. “Nəzərə alsaq ki, Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı danışıqlarda qeyri-müəyyənlik hələ də davam edir, London uzun müddət müstəsna bazar olaraq qalacaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Londonda daşınmaz əmlaka sahibdir. Əmlak Seynt Ceyms küçəsi 78 (mərkəzi küçələrdən biri) ünvanında yerləşir. 2015-ci ildə həmin əmlakın icarəsindən Fond 9 mln. 648,048 min funt sterlinq gəlir əldə edib. “Knight Frank LLP” həmin əmlakı 217 mln. funt sterlinqi dəyərində qiymətləndirib. Belə çıxır ki, gələn ilin sonuna əmlakın dəyəri təxminən 151,9 mln. funt sterlinqi ətrafında dəyişəcək.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər