15 C
Baku
Friday, March 29, 2024

ARDNŞ investisiya şirkəti təsis edib

Azərbaycan Respublikası Vergilər Nazirliyində “SOCAR İnvest” MMC (VÖİN 1701667631) dövlət qeydiyyatına alınıb.

Azərbaycanda 2012-ci ilin yayından kommersiya hüquqi şəxslərin təsisçilərinin adları gizlin saxlanılır. Bubunla belə, AR Dövlər Neft Şirkətinin baş ofisinin yerləşdiyi hüquqi ünvana (Bakı, Neftçilər Prospekti 73) əsasən ehtimal etmək olar ki, həmtəsisçilərdən biri (bəlkə də yeganə təsisçi) Dövlət Neft Şirkətidir.

“SOCAR İnvest” MMC-nin nizamnamə kapitalı 10 min səviyyəsində elan edilib. Şirkətin direktoru Samir Mansur oğlu Qurbanovdur.

2013-cü il üçün konsolidasiya olunmuş maliyyə hesabatına əsasən, ARDNŞ-ın aktivləri 23 mlrd 46 mln manat (+5,4%) təşkil edib.

2013-cü ildə Dövlət Neft Şirkətinin nizamnamə kapitalı 230 mln manat artırılıb və 1 mlrd 315 mln manata çatdırılıb.

NK nəzərə alınmaqla ilin əvvəlinə qədər ARDNŞ-ın kapitalı 10,3 mlrd manat təşkil edib. 2013-cü ildə nəzarətində olmadığı şirkətlərdə ARDNŞ-ın kapitalı 559mln manatdan 513 mln manata qədər azalıb.

Contact.az

Son xəbərlər
Digər xəbərlər