25 C
Baku
Friday, April 19, 2024

“Arximed möcüzəsi” – əfsanə yaxud reallıqdır?

Bizim eradan əvvəl 212-ci ildə roma hərbi gəmiləri Sirakuz şəhərinə yaxınlaşır. Günəşli, qızmar bir gün idi. Romalılar öz qələbələrinə əmin idilər. Məgər Sirakuz əhalisi məğlubedilməz armadaya qalib gələ bilərdilər?! Bu zaman gözlənilməz anda qala divarları üzərində eynianda parlayan gur işıqlar peyda olur. Çaşqınlıq içərisində olan roma əsgərləri gəmilərinin bir andaca kibrit qutusu kimi alışdığını görürlər. Maraqlısı isə o idi ki, gəmilərlə qala arasında təqribən 150 metr uzaqlıqda məsafə var idi.

Sirakuz əhalisi romalı əsgərlərinin hücumundan Arximed – qədim dövrün bu şəhərdə yaşamış məşhur riyaziyyatçısı sayəsində xilas ola bilmişdi. Məhz o 450 ədəd bürünc güzgü hazırlamağı və onları parıldayana qədər cilalamağı təklif etmişdi. Bu güzgülərin köməkliyi ilə də Roma hərbi gəmiləri məhv edilir.

Bir çoxları bu günə qədər bu hadisəni maraqlı bir əfsanə hesab edir. Məgər gəmini güzgü vasitəsilə məhv etmək mümkündür?! Lakin hələ 18-ci əsrdə fransız Jorj Lui Byuffon “Arximed möcüzəsini” sübut etməyə cəhd etmişdi. Belə ki, 1747-ci ildə günün ikinci yarısında, gün işığının ən qızğın olduğu bir vaxtda o 128 güzgü vasitəsilə quru şam ağacının bir hissəsini yandırmağı bacarmışdı. Bu zaman ağac və güzgülər arasındakı məsafə 50 metr idi.

Lakin bu eksperimentlər tezliklə unudulur və Roma gəmilərinin güzgülər sayəsində məhv edilməsi hadisəsi yenidən nağıl hesab edilir. 20-ci əsrdə sözügedən bu təcrübəni italyanlar da sınaqdan keçirir. Bu zaman 450 güzgü vasitəsilə yelkən yandırılır. Nəyahət 1973-cü ildə Yunanıstandan olan fizik İoanis Sakkos da bu eksperimentə üz tutur. O qədim romalı əsgərlərin üzdüyü gəminin eynisi ilə eksperiment aparır və gəmini yandırmağı bacarır.

Bütün bu eksperimentlərə nəzər yetirdikdən sonra Arximedin güzgülər vasitəsilə öz şəhərini xilas etdiyinə dair heç bir şübhə yeri qalmamalıdır.

Son xəbərlər
Digər xəbərlər