8 C
Baku
Friday, March 29, 2024

“AS Group Investment” şirkəti və “TBC Bank” əməkdaşlığa başlayırlar

Azərbaycanın “AS Group Investment” törəmə şirkəti – “AS Georgia” və “TBC Bank” Tbilisidə həyata keçirilən “Dirsi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalayıblar.

“AS Group Investment”in mətbuat xidmətindən  bildirilib ki, Memorandum Cənubi Qafqazın ən böyük çoxfunksiyalı yaşayış komplekslərindən biri – “Dirsi”nin müştərilərinə hazır mənzillərin alınmasına eksklüziv şərtlər daxilində ipoteka kreditinin verilməsini nəzərdə tutur.

Məlumatda deyilir ki, “TBC Bank” hazırda Gürcüstanın ən böyük, universal, özəl bankıdır. 1992-ci ildə əsası qoyulduğu andan etibarən bank aktivlər, kreditləşmə həcmi və depozitlər kimi önəmli bank göstəricilərində liderdir və inamla öz mövqelərini qorumaqdadır. Bankın peşəkar komandası müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, innovasiyalar və yeni bank məhsullarının tətbiqi ilə fərqlənir. Bundan əlavə, bank milli-mədəni dəyərlərin qorunmasının və möhkəmləndirilməsinin qayğısına qalaraq, Gürcüstanın çoxmillətli cəmiyyətinin inkişafına yardım edir.

“TBC Bank”ın 13 şöbəsi və 32 xidmət-mərkəzi, “Dirsi”nin müştərilərinə maksimal rahatlıqla ipoteka kreditlərini almaq və onlara xidmət göstərməyə yardım edəcək.

Son xəbərlər
Digər xəbərlər