15 C
Baku
Saturday, April 27, 2024

“ASAN imza” Hökumət Ödəniş Portalına inteqrasiya edilib

“ASAN imza” mobil elektron imza xidməti Hökumət Ödəniş Portalına inteqrasiya edilib. Bununla da portalın istifadəçiləri mobil elektron imzadan istifadə edərək portala daxil ola və orada təmsil olunan dövlət orqanları tərəfindən təqdim edilən 220-dən çox, ümumilikdə isə 21 təşkilat üzrə 330-dan artıq xidmətlə bağlı ödənişləri həyata keçirə bilər. Bu cür ödənişlərə vergilər və digər dövlət rüsumları, ipoteka ödənişləri, kommunal və rabitə xidmətləri üzrə ödənişlər aiddir.

Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının fəaliyyətinin əsas məqsədləri “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi istiqamətində dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə rüsumlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi, büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılması, kommunal və digər kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir ödəniş üsullarından istifadə edilməklə toplanması üçün infrastruktur imkanlarının yaradılması, eləcə də bank və digər maliyyə qurumları arasında sağlam rəqabət mühitinin yaradılmasından ibarətdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər