15 C
Baku
Friday, March 29, 2024

“Asan Pay” sistemi işə düşür

Yaxın vaxtlarda Azərbaycanda yeni milli ödəniş portal- “Asan Pay” işə salınacaq. Məlumata görə, “Asan Pay” ödəmə terminalları və mobil telefonlar üzərindən çalışacaqdır. “Asan Pay” ödəmə terminalları yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə quraşdırılacaqdır.

“Asan Pay” vasitəsilə inzibati cərimələri, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitləri ödəmək mümkün olacaqdır. Həmçinin mobil telefonlardan “Asan Pay” vasitəsilə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələr də ödənilə bilinəcəkdir.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi (Asan Pay) bu ilin fevralında Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən yaradılır.

Fins.az

Son xəbərlər
Digər xəbərlər