12 C
Baku
Thursday, March 28, 2024

“ASAN Viza” vasitəsilə hava limanlarında veriləcək vizaların rüsumu müəyyənləşib

“ASAN Viza” vasitəsilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib.

“ASAN xidmət”in sədri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında “ASAN Viza” pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək.

Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında “ASAN Viza” rüsumu 26 dollardır.

“ASAN Viza” vasitəsi ilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu xidmət haqqı ilə birgə hesablanır.

Xatırladaq ki, “ASAN Viza” portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Portal vasitəsilə viza rüsumunun məbləği 20 dollardır. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər