“ASAN Xidmət”in rəhbərinə üç yeni müşavir təyin edilib

Foto: APA

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN Xidmət”) yeni təyinatlar olub.

Agentliyin sədri Ülvi Mehdiyev özünə üç yeni müşavir təyin edib.

Yeni müşavirlər Cəfər Əliyev, Veis Məmmədzadə və Ceyhun Salmanovdur.

(Report)