13 C
Baku
Thursday, April 18, 2024

“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edildi

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib. Bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır. Bu barədə Banker.az-a qurumdan bildirilir.

Belə ki, bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, “ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaqdır.

Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər