25 C
Baku
Saturday, April 20, 2024

ASAN xidmət sığorta bazarına girmək niyyətindədir

Bildiyiniz kimi ASAN xidmət artıq neçə vaxtdır ki, vətəndaşları təklif etdiyi xidmətlərlə  sevindirir. Əvvəllər hər hansı bir məsələni həll etmək üçün saatlarla vaxt sərf edib bütün günümüzü itirirdiksə, artıq buna ehtiyac yoxdur.

Asan xidmət bugünədək yalnız  notariat fəaliyyəti, vətəndaşlıq aktlarının dövlət qeydiyyatı, məhkumluq barədə arayışların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu kimi xidmətlər göstərirdisə, artıq sizi daha artıq sevindirəcək xidmətlərlə fəaliyyətə davam edəcək. Bu yeni xidmətlərə ASAN sığorta, tibb, hüquqi yardım və tərcümə xidmətləri əlavə olunacaq.

Bəs bu yeni xidmətlər bizə nə qazandıracaq? İlk növbədə belə bir xidmət vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalmasına zəmin yaradacaq. Və ən əsası da korrupsiyaya qarşı mübarizədə əsas rol oynayacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər