16 C
Baku
Friday, April 19, 2024

Asiyanın ən varlı insanı – Mukeş Ambani

Mukeş Ambani (Mukesh Ambani) Asiyanın ən varlı insanların siyahısında birinci yeri tutan hind iş adamıdır. Hal-hazırda o, Hindistanın ən böyük şəxsi təşkilatının və dünyanın ən nəhəng konqlomeratlarından biri olan Reliance Industries təşilatının sahiblərindən biridir.

Mukeş Ambani 1957-ci ildə Bombeydə (müasir Mumbaidə) anadan olub. O, uğurlu iş adamı Dxirubxaya Ambaninin böyük oğludur. Dxirubxaya Ambani Reliance Industries təşkilatının banisi olub.
Mukeş Ambani Bombey Universitetini bitirərək kimyəvi maşınqayırma sahəsi üzrə bakalavr dərəcəsini qazanır. Daha sonra isə Stenford Universitetində (ABŞ) magistr dərəcəsini qazanır.

mukesh familyBig

Reliance Industries şirkətinə Mukeş 1981-ci ildə gəlir. Məhz Mukeş Ambaniyə tekstillərin poliefir liflərə, daha sonra isə neft məhsullarına geri inteqrasiyası haqqında fikir məxsusdur. Geri inteqrasiya prosesində Mukeş müxtəlif texnologiyaları Reliance Industries imkanlarını genişləndirən 51 yeni istehsal müəssisəsi yaradır.

Mukeşin uğurlu işlərindən biri də Camnaqarda yerləşən neft emalı zavodudur. Bu zavod gün ərzində 660 barel neft emal edir. Mukeş Ambani kiçik qardaşı Anil ilə gərgin münasibətlərdədir. Şirkətin varisliyi haqqında uzun sürən münaqişələrdən sonra Reliance Industries şirkəti onların arasında iki hissəyə bölünür. Mukeşin payına neft-qaz sektoru və tekstil istehsalı düşür. Mukeş Ambaninin holdinqinin adı Reliance Industries olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər