19 C
Baku
Thursday, April 25, 2024

ASK prezidenti təhsil siyasətinə yenidən baxmağı təklif edib

“Dünyada, xüsusilə də, Avropada gənclər arasında artan işsizlik bu gün bizim təhsil siyasətimizə yenidən baxmağımıza zərurət yaradır”.

Bunu “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib.

M.Musayevin sözlərinə görə, Azərbaycanda da gənclər arasında işsizlik ümumi işsizlikdən 2 dəfə yüksəkdir.

“Bunu yaradan əsas səbəb gənclərin qazandıqları peşə istiqaməti ilə əmək bazarı arasında mövcud uyğunsuzluqdur. Düşünürük ki, bu problem bütün dünyada mövcuddur və bunun həlli əmək bazarı tələblərinin daha yaxşı öyrənilməsindən, təhsilin buna uyğun olaraq təkmilləşdirilməsindən başlayır. Biz təhsilin və gender bərabərliyinin gücləndirici effektlərindən istifadə etməliyik. Bununla bağlı Azərbaycanın iş adamları olaraq istənilən beynəlxalq və milli təşəbbüsə dəstək verməliyik. Belə ki, məhz qadınların iqtisadi fəaliyyətə cəlb olunması və insanlara layiqli təhsilin verilməsi yoxsulluqla, münaqişələrlə, uşaq ölümləri ilə mübarizədə ən güclü vasitədir”,- deyə M.Musayev vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər