“Atəşgah” bağlanma xəbərini təkzib etdi

“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin fəaliyyətində heç bir dəyişiklik yoxdur.

Banker.az xəbər verir ki, bu barədə qurum özü açıqlamasında deyir.

Məlumatda bildirlir ki, Bir sıra kütləvi informasiya vasitələrində “Atəşgah Sığorta Agentliyi” MMC –nin ləğvinə dair yayımlanan elanla doğru deyil.

“Bu məlumatın  “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinə heç bir aidiyyatı yoxdur.” – deyə qurumub məlumatdında deyilir.