“Atəşgah Həyat”ın sədr müavini işdən çıxdı

Azərbaycanın “Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub.

Şirkətdən bildiriblər ki, İdarə heyəti sədrinin müavini Sadıq Mansurov vəzifəsini tərk edib.

Bu vəzifə hələ vakant qalır.

Qeyd edək ki, S.Mansurov 2012-ci ildən bu postda çalışırdı.