“Atəşgah Sığorta” zərər etdi, öhdəlikləri artaraq tarixi maksimuma yüksəldi

“Atəşgah Sığorta” ASC ötən il ərzində cəmi gəlirləri xərclərini qarşılaya bilməyib və zərərlə bitirib.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 1 yanvar 2018-ci il tarixinı olan maliyyə hesabatında deyilir.

Hesabata görə, “Atəşgah Sığorta” 2017-ci il ərzində 39,57 mln. manat cəmi gəlir əldə edib ki, bu da hesabat dövründən əvvəlki illə müqayisədə 4,37 mln. daha az gəlir əldə etməsi deməkdir. Bununla yanaşı, xərcləri 40,6 mln həcmində olub ki, bu da Sığorta qurumunun 1 mln. manatdan çox zərərlə bitirməsinə səbəb olub. Bununla da balansında qalmış 984 min manatlıq bölüşdürülməmiş mənfəəti  658 min manatlıq yığılmış zərərinə çevrilib.

Qeyd edək ki, “Atəşgah Sığorta”nın cəmi kapitalı 2 mln. manata yaxın azalaraq 12,97 mln. manata düşüb. Cəmi kapitalın 5 mln. manatı nizamnamə kapitalı, 8,63 mln. manatı isə ehtiyyat kapitalıdır.

Cəmi öhdəlikləri isə daha 4 mln. manat artaraq 30 mln. manat təşkil edib. Bu da sığorta şirkətinin tarixində əön böyük göstəricidir.

“Atəşgah Sığorta”nın cəmi aktivləri isə əksinə artaraq 43 mln. manata çatıb.

📝 RƏY BİLDİR