22 C
Baku
Friday, April 19, 2024

“Atəşgah” Sığorta Şirkətində kadr dəyişikliyi olub

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri –  “Atəşgah” Sığorta Şirkətində (SŞ) kadr dəyişikliyi baş verib.Şirkətdən Banker.az maliyyə portalına verilən xəbərə görə, Şirkətin İdarə Heyəti Sədrinin müşaviri vəzifəsini tutan Fərid Quliyev “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Quliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr, daha sonra Azərbaycan Dövlət İqtisad Universitenin Maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Peşəkər fəaliyyətinə bank sektorunda başlamışdır və bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 2016-cı ildən etibarən “Atəşgah” SŞ –də çalışır. Quliyevin bu vəzifə üzrə səlahiyyətləri 13 fevral 2017-ci il tarixindən qüvvəyə minir.Farid Guliyev

Son xəbərlər
Digər xəbərlər