5 C
Baku
Friday, March 29, 2024

AtaBank Mastercard debet və kredit kart sahiblərinə 15% endirim təklif edir

“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin yeni birgə reklam aksiyasına start verilib. AtaBank Mastercard və ya Maestro debit və kredit kart sahibləri “MyDutyFree” saytı (www.mydutyfree.net) və ya “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə əvvəlcədən sifariş etməklə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazalarında mallara 15% endirim əldə edə bilərlər.

Endirimdən faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir:

  • “MyDutyFree” saytı və ya tətbiq üzərindən seçdiyiniz məhsulu əvvəlcədən sifariş edirsiniz
  • Sifarişi edərkən müvafiq xanaya “MastercardBaku” promokodunu daxil edirsiniz
  • Uçuş tarixinizdə Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “AtaBank”-ın “Mastercard”/”Maestro” plastik kartları ilə ödənişi həyata keçirisiniz.

Məhsulun tam dəyəri “AtaBank”-ın “Mastercard”/”Maestro” plastik kartları ilə ödənilməlidir.

Kampaniya 7 avqust 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinədək etibarlıdır.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər
Digər xəbərlər