15 C
Baku
Tuesday, April 23, 2024

“AtaBank”ASC yeni filial açdı

Nərimanov rayonunda “AtaBank” ASC-nin yeni filialının açılışı olub. Koroğlu Rəhimov küçəsi 3a ünvanında yerləşən filial fiziki və hüquqi şəxslərə bütün növ bank xidmətləri göstərir.

Yeni xidmət mərkəzində həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlərin qəbulu, müxtəlif plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur.

“AtaBank”-ın yeni “Gənclik” filialı bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər