8 C
Baku
Thursday, March 28, 2024

“AtaBank”dan innovativ addım – Bütün filial və şöbələrində aktiv etdi

Müasir dövrdə  qabaqcıl iş adamı bütün əlaqələrini internet üzərindən qurmaq məcburiyyətindədir. Hər zaman işini onlayn idarə edə bilmək, daim yazışmalar aparmaq və hər şeydən xəbərdar olaraq vaxtında qərarlar qəbul edə bilmək müasir biznesin əsas şərtlərindən biridir. Müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsi ilə seçilən  AtaBank hər zaman onlayn qalaraq bir addım öndə olmaq məqsədi ilə bütün müştərilərinə yeni Ata Wi-Fi xidmətini təklif edir.

Artıq  AtaBank-ın Bakı şəhərində yerləşən istənilən filialında müştərilər sürətli internetdən istifadə etmək imkanı əldə edə biləcəklər. Bunun üçün filial daxilində olarkən sadəcə Wi-Fi siyahısında  Ata Wi-Fi seçərək qaydalarla tanış olmaq, qaydalarla razı olduğunuzu bildirmək, telefon nömrənizi qeyd etmək və nəhayət nömrənizə sms vasitəsi ilə göndərilən PİN kodu müvafiq bölümə daxil etmək lazımdır.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank, Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər
Digər xəbərlər