15 C
Baku
Friday, March 29, 2024

“AtaBank və AFB Bank”ın Müşahidə Şurasının üzvü vəfat edib

“AtaBank” ASC-nin Müşahidə Şurasının üzvü Rövşən Şəmsi oğlu Həsənov dünyasının dəyişib.

Banker.az xəbər verir ki, o həm də AFB Bankın müşahidə şürasının üzvüdür.

R. Həsənov D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1987-ci ildə Sənaye Tikinti Bankında Mühasib vəzifəsində başlayıb və 1987-1989-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb.

1989-1991-ci illər ərzində Maliyyə Nazirliyində Tikinti Kompleksinin maliyyələşdirilməsi şöbəsinin Böyük İqtisadçısı, daha sonra isə Tikinti Kompleksinin Nəqliyyatın və rabitənin maliyyələşməsi şöbəsində II dərəcəli iqtisadçı vəzifəsi tutub.

1991-2000-ci illər ərzində özəl sektorda çalışıb.

2002-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında Strategiya və proqnozlaşdırma Departamentinin Baş iqtisadçısı sonra isə Əməliyyat Departamentinin Xəzinədarlıq Əməliyyatları şöbəsinin rəisi qismində çalışıb.

2004-2007-ci illərdə “Kapital Bank” ASC-də Nağd vəsaitlərlə iş Departamentinin Nağd vəsaitlərin dövriyyəsi şöbəsinin rəisi vəzifəsini tutub.

Son xəbərlər
Digər xəbərlər