21 C
Baku
Friday, April 26, 2024

“AtaHolding” baş ofisinin yerini dəyişir

AtaHolding” MMC bu il baş ofisinin yerini dəyişəcək. Şirkətlər qrupu Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi,55 ünvanındakı “Yeni Həyat Plaza”dan paytaxtın Xətai rayonu, Xocalı prospekti,45A ünvanında inşa etdirdiyi binaya köçməyi planlaşdırır.

İnşasına ötən il, mayın 4-də başlanmış bina bu il aprelin 30-da təhvil verilməlidir. Layihənin sifarişçisi “AS Capital” MMC, müəllifi “Platek-House” MMC, podratçısı isə “İstanbul Çarşı import export” MMC-dir. 15 mərtəbəli binanın hündürlüyü 65 metr, uzunluğu 51 metr, eni isə 22 metrdir.

Xatırladaq ki, “AtaHolding” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 125,345 mln. manatdır. Şirkətlər qrupunun təsisçiləri 3 şirkət – 51,15%-lik payla Panamada qeydiyyatdan keçmiş “Hughson Management İnc.” və 25,08%-lik payla “Clonmel International İnc.”, eləcə də Seyşel adalarında qeydiyyatdan keçmiş 23,77%-lik payla “Asbet Ltd.”dir.

Holdinqin tərkibinə “Atabank” (76% payla), “Bank VTB (Azerbaijan)” (48,99% payla), “Atasığorta” (100% payla) və “Ataleasing” (64% payla) ASC-lər, “AtaTravel” (100% payla), “AtaTexnologiya” (100% payla), “Şəmkir Quşçuluq” (100% payla) MMC-lər, “Excelsior Hotel Baku” (100% payla), “AtaSport” idman klubu (100% payla), “Ataİnkişaf” fondu (100% payla) daxildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər