22 C
Baku
Friday, April 19, 2024

“AtaSığorta”nın yeni anderrayteri məlum oldu

“AtaSığorta” ASC-nin Səhmdarının növbədənkənar Ümumi Yığıncağının 20 iyun 2017-ci il tarixli iclasında 28.10.2014-cü il tarixdə AZ1003005183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin emissiya prospektinin 22-ci və 25-ci bəndinə dəyişiklik edilməsi barədə qərar qəbul ediblər. Bu barədə Sığorta Şirkətinin məlumatında deyilir.

Məlumata görə, səhmlərin emissiya prospektində “AtaSığorta” ASC-nin səhmlərinin
yerləşdirilməsində iştirak edən anderrayter olaraq “BROKDİL-AZ” MMC müəyyən edilmişdir. Lakin, “BROKDİL-AZ” MMC-nin lisenziyası ləğv edildiyindən “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin* “AtaSığorta” ASC-nin yeni anderrayteri təyin edilməsi qərara alınıb.

AR Maliyyə Bazarlarına Nəzarət Palatası səhmlərin yerləşdirməsini həyata keçirən
anderrayterin dəyişdirilməsi ilə əlaqədar “AtaSığorta” ASC-nin 28.10.2014-cü il tarixdə
AZ1003005183 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin emissiya prospektinin 22-ci və 25-ci bəndinə edilən dəyişiklikləri dövlət qeydiyyatına almışdır.

*Bakı şəhəri, Ə.Quliyev küçəsi, ev 140, mənzil 13, İnvestisiya şirkəti fəaliyyəti həyata keçirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin 087910 qeydiyyat nömrəli, 08.01.2016-cı il tarixli lisenziyası, lisenziyanın müddəti: müddətsiz

Son xəbərlər
Digər xəbərlər