14 C
Baku
Saturday, April 27, 2024

“Audatex Azərbaycan” şirkətinin fəaliyyətə başlaması ləngiyir

“Audatex Azərbaycan” şirkətinin qeydiyyatının gecikdirilməsi, rəsmi avtomobil idxalçıları ilə danışıqların başa çatmaması və digər başqa səbəblərdən şirkətin fəaliyyətə başlaması bu il oktyabrın 1-dək uzana bilər. Lakin buna baxmayaraq işlər davam etdirilir.

Banker.az məlumat verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quluyev qeyd edib ki, şirkət bu il iyulun 1-dən Azərbaycanda fəaliyyətə başlamalı olsa da, gecikir. Elxan Quluyev bildirir ki, şirkət özünün proqram təminatının lokallaşdırılması üzrə işi və rəsmi avtodilerlərlə danışıqları davam etdirir

Şirkət haqqında əlavə informasiya

Audatex”in proqram təminatının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edir. Bunun başlıca üstünlüyü odur ki, zərərlər Azərbaycanda bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək.

Nəzərinizə çatdıraq ki, “Audatex Azərbaycan”  şirkəti avtonəqliyyat vasitələrinin bərpa təmirinin dəyərinin hesablanması üçün proqram təminatının hazırlanması sahəsində dünya lideridir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər