23 C
Baku
Saturday, April 20, 2024

Audit Departamentinin mütəxəssisi – Bank Avrasiya

Audit Departamentinin mütəxəssisi

 

  • Namizədlər üçün irəli sürülən tələblər:Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsil;
    Xidmət sahəsində ən azı 3 il iş stajı;
    Daxili audit prosesi üzrə bacarıqlar;
    Mühasibat, bank, vergi və əmək qanunvericiliyinə dair biliklər;
    Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsi;
    Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklərə malik olmaq;
    Analitik təhlil bacarığı;
    Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
    MS Office proqramlarının bilikləri;
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Ünsiyyətqurma və komandada işləmək bacarığı.
  • Vəzifə öhdəlikləri:Mühasibat (maliyyə) sənədlərini, həmçinin maddi uçot, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyini və həqiqiliyini təsdiq edən mədaxil-məxaric sənədlərini yoxlamaq;
    Həyata keçirilmiş əməliyyatların qanuniliyini, onların uçotunun həqiqiliyini və sənədlərin rəsmiləşdirilməsini müəyyən etmək;
    Kassada və bankın filiallarında saxlanılan pul və digər qiymətlilərin mövcudluğunu, pul vəsaitlərinin və təsdiqedici sənədlərin saxlanılmasının təmin edilməsini yoxlamaq;
    Aşkar edilmiş çatışmazlıqların və pozuntuların, vurulmuş maddi ziyanın həcminin sənədləşdirilməsini həyata keçirmək və yol verilmiş pozuntunun səbəblərini, həmçinin təqsirkar vəzifəli şəxsləri müəyyən etmək üçün tədbirlər görmək;
    Kənar şəxslərin tanış olmasına imkan verilməyən təftiş edilmiş sənədlərin saxlanılmasını təmin etmək;
    Təftiş və ya yoxlama təyin edən rəhbər şəxsləri aşkar edilmiş pozuntular barədə məlumatlandırmaq, həmçinin yol verilmiş pozuntuların qısa müddətdə aradan qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, eləcə də vurulmuş maddi ziyanın aradan qaldırılması üçün təkliflər vermək.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin  CV formasını doldurub [email protected]  ünvanına göndərəsiniz və ya ONLAYN CV doldurasınız.

CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Avrasiya Bank 15.03.2017-

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər