14 C
Baku
Saturday, April 27, 2024

Avansınız bol olsun

Hamımızın başına belə hallar gəlir ki, əməkhaqqını ayın sonu çatmamış xərcləyib qurtarırıq, amma bizə yenə pul lazım olur. Ayın əvvəlində baxırıq ki, cibimizdə pul qalmayıb. Belə halda da kimdənsə borc almaq məcburiyyətində qalırıq. Bəzən fikirləşirik ki, belə qısa müddətə banklar krediti versə idi, kiməsə ağız açmalı olmazdıq.

Bu cür hallar üçün bank məhsulları olur. Onlardan biri də Kredit Housen-un təklif etdiyi Avans kreditidir. Bu məhz işləyən, əməkhaqqı alan, aylıq gəlirlərini təsdiqləyə bilən müştərilər üçün nəzərdə tutulub.

Əgər maaşınızı almağa hələ 10,15 gün və daha çox müddət qalıb və sizin pula ehtiyacınız varsa bir də qapı –qapı düşüb pul axtarmağınıza ehtiyac qalmayacaq.

Kreditin şərtləri çox sadədir.  Sizə maksimal 1 aylıq 500 AZN -ə qədər  kredit təklif olunur.

Normal bir illik kreditlərdə banklar sizə həmin pulu 20-22%lə təklif edir. Amma məbləğlər daha böyük vədaha uzun müddətli olur. Həmçinin sizə 500 manat lazım olduğu halda niyə 1000 manatlıq kredit götürəsiniz. Amma məsələ budur ki, banklar tərəfindən irəli sürülən şərtlər daha sərt olur, həmçinin növbələr və s. Ona görə də bu kreditin üstün cəhətlərinə nəzərə sala bilərsiniz.

Avans kreditinin üstünlüklərini nəzərdən keçirək:

  • Kredit sifarişləri onlayn emal olunur
  • 15 dəqiqə ərzində kreditə qərar verilir
  • 15 dəqiqə ərzində kredit rəsmiləşdirilir
  • 1 ay əlavə kreditin uzadılması imkanı
  • Komissiya aşağıdır

Kreditin mənfi cəhətləri:

Kreditin illik faizi normal kredit faizlərindən yuxarıdır. Digər banklarda bu məbləği daha aşağı faizlə əldə etməyinizə baxmayaraq bu məhsul üzrə kreditin faizi yuxarıdır. Digər banklardan daha aşağı faizlə əldə edə biləcəyiniz kreditin faizi bu bankda maksimum 36% -ə belə gəlib çıxır.  Lakin unutmamaq lazımdır ki, digər banklardan belə qısa müddətli kredit əldə etməyimiz mümkün deyil.

Əgər siz bu kredit növünü əldə etmək istəyirsinizsə sadəcə bankın səhifəsinə daxil olaraq (http://kredithouse.az/kredit/az)istədiyiniz müddət və vaxtı seçməlisiniz. Misal əgər siz 15 gün müddətinə 100 AZN əldə etmək istəyirsinizsə bu zaman sizin Ödəniləcək faiz məbləğiniz 0.71 AZN , birdəfəlik komissiya isə  2.50 AZN olacaq.  Əldə etmək istədiyiniz məbləği seçdikdən sonra  Kredit götür bölməsinə keçid edərək qeydiyyatdan keçməli və əlavə məlumatlarınızı qeyd etməlisiniz.

Özünüz haqda məlumatı iş yerinizi , maaşınızı,digər gəlirlərinizi əlavə etdikdən sonra sizin müraciətiniz üçün cavab gələcəkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər