22 C
Baku
Thursday, April 18, 2024

Avraam Linkoln: “Düşməni uzaqlaşdırmağın ən yaxşı yolu onu dosta çevirməkdir”

ABŞ-ın sayca 16-cı prezidenti olan Avraam Linkoln öz karyerası boyunca kifayət qədər sayda müdrik sitatları ilə yadda qalmağı bacarıb. Yəqin ki, siz də nə zamansa bu dahi prezidentin elə bir sitatına rast gəlmisiniz ki, onu oxuduqdan sonra insanlara və həyata qarşı münasibətinizi yenidən nəzərdən keçirmisiniz.

Bu şəxs bütün bir xalqın tarixində mərkəzi fiqura çevrilməklə yanaşı ölkənin tənəzzülünün qarşısını almışdır və bu günə qədər də ABŞ-ın yüksək intellektə sahib olan prezidentlərindən biri hesab edilir.

Avraam Linkolnun sitatlarına yalnızca onun nüfuzlu bir şəxs olması və nailiyyətlərinin sayının çoxluğu səbəbindən diqqət yetirmək az olardı. Belə ki, onun sitatlarını oxuduqdan sonra müasir dövrdədə nələrisə dəyişmək arzusu baş qaldırır.

#1

Gələcək haqqında deyilə biləcək ən yaxşı söz odur ki, o, mütəmadi olaraq, günbəgün baş verir.

Təsəvvür edin ki, qarşınıza böyük bir məqsəd qoymusunuz və hazırda ondan çox uzaqdasınız. Bu acı gerçək dəhşətlidir. Bu məqsəd üçün sərf edəcəyimiz nəhəng həcmdə zəhmət və əmək qorxulu görünür.

Linkoln belə məsləhət görürdü ki, öz gələcəyimizi bir neçə addıma bölmək lazımdır. Sadə dillə desək, məqsədinizə doğru böyük bir addım deyil, çoxlu sayda kiçik addımlar atmalısınız ki, bunu da etməyə gücünüz mütləq olaraq çatacaq.

#2

Bir çox insanlar öz fikirlərinin onlara icazə verdiyi dərəcədə xoşbəxtdirlər.

Skeptik düşüncə və həyata qarşı pessimist davranış tərzi – mazoxizmin bir növüdür.

Linkoln belə hesab edirdi ki, tam olaraq özünüzü xoşbəxt olmağa məşq etdirməyiniz lazımdır. Yəni, beyninizi ətrafda baş verən müsbət yüklü hadisələrə köklənməsini təmin etmək mütləqdir.

#3

İnsanlar passiv şəkildə arzularındakı şeyləri gözləyə bilərlər, lakin bu zaman onlara aktiv insanlardan sonra geri qalan şeylər nəsib olacaq.

Arzular gerçəkləşir, sadəcə bu arzu haqqında düşündükdə, heç nə etmədikdə, axın istiqamətində üzdükdə belə. Bu ideyanın mahiyyəti ondan ibarətdir ki, sadəcə arzulamaqla kifayətlənməyib, onun gerçəkləşməsi üçün müəyyən səy göstərdikdə arzu daha tez bir zamanda gerçək olacaq.

#4

Düşməni uzaqlaşdırmağın ən yaxşı yolu – onu dosta çevirməkdir.

Nifrət nəinki düşmənlərimizi, hətta özümüzü də məhv edir. Özünüzü bu kin ilə zəhərləmək əvəzində, həmin insanı daha yaxşı anlamağa çalışın.

Ola bilsin ki, o, hətta ən yaxın dostunuza çevrildi. Belə görünür ki, düşməndən xilas olmağın ən yaxşı üsulu məhz elə budur.

Son xəbərlər
Digər xəbərlər