22 C
Baku
Friday, April 19, 2024

Avraam Linkolnun məktəb direktoruna məktubu

Rəvayətə görə Avraam Linkoln 1855-ci ildə oğlunun təhsil aldığı məktəbin direktoruna məktub yazır. Onun məktubda qeyd etdikləri isə bu günə qədər də aktualdır:

“Mən başa düşürəm ki, o bir gün heç də bütün insanların ədalətli və səmimi olmadığını öyrənəcək. Lakin ona həmçinin bunu öyrədin ki, hər bir əclafın haqqından gələcək bir qəhrəman, istənilən eqoist siyasətçinin öhdəsindən gələn sadiq lider vardır. Ona öyrədin ki, düşmən varsa, dost da tapılar.

Bilirəm ki, buna vaxt lazım gələcək, lakin ona öyrədin ki, qazanılmış 1 dollar, tapılmış 5 dollardan daha qiymətlidir. Həmçinin ona məğlub olmağı bacarmaq və qələbələrdən zövq almağı öyrədin. Ona icazə verin öyrənsin ki, yaltaq və yaramazlara qalib gəlmək daha asandır. Bacarsanız onda kitablara qarşı maraq oyadın. Lakin bununla belə ona əbədi sirlər – səmadakı quşlar, günəş şüalarının əksi və yaşıl zəmində çiçəklər barədə düşünməyə boş zaman yaradın.

O məktəbdə olduqda ona uğursuzluğa dözməyin fırıldaqçılıq etməkdn daha şərəfli bir şey olduğunu öyrədin. Ona səhv etdiyini desələr də, öz gücünə inanmasını öyrədin. Oğluma sərt insanlarla sərt, mülayim insanlarla mülayim davranmasını başa salın.

Bacarsanız oğluma sürü hissinə qapılaraq kütlə arxasıyca getməmək gücü verin.

Əlinizdən gəlsə ona kədərli olduqda gülməyi öyrədin. Ona başa salın ki, göz yaşalrında eyib bir şey yoxdur. Ona öz ağlı və gücünü yüksək qiymətə satmağı, lakin heç vaxt ürək və ruhla ticarət etməməsini öyrədin.

Onunla mülayim davranın, lakin müəyyən hədd çərçivəsində. Çünki yalnız odla sınaqdan keçdikdən sonra əsl polad yaranır. Ona cəsarətli olmağa şərait yaradın. Daim özünə güclü şəkildə inam hissinə sahib olmasını öyrədin. Çünki o yalnız bu zaman həmişə insanlığa qarşı böyük inama sahib olacaq.

Bu asan iş deyil, lakin bacardığınızı edin. O elə yaxşı uşaqdır, mənim oğlum!

Son xəbərlər
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.