Avro dollara qarşı niyə ucuzlaşır? Gözlənti nədir?

May ayına USD/EUR cütlüyünün məzənnəsi 1.21 səviyyəsi ilə başlasa da ayın sonu 1.167 kursu ilə başa vurmaqdadır. Bu is avronun dollar qarşısında yalnız bir ay ərzində 4 faizə yaxın dəyər itirməsi anlamına gəlir.

İqtisadçı-ekpert Vüqar Bayramov Avropa pulunun niyə ucuzlaşmasına şərh verib.

İqtisadçı deyir ki, Avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır. Avrozonanın 3-cü ən böyük iqtisadiyyatına malik olan ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmürdü. Digər tərəfdən, qlobal maliyyə bazarının oyunçuları aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsir etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar.

“Bu baxımdan, valyutanı məzənnəsi yüksək olan zaman almaq heç də tövsiyyə olunmur. Dollara nisbətən ucuzlaşan avro manata qarşı da dəyər itirdi. Avronun iyundakı məzənnəsi İtaliyadakı vəziyyətdən asılı olacaq. Avrozonada iqtisadi vəziyyət stabildir. Hökumət böhranlarının aradan qaldırılması avroya yenidən nəfəs verə bilər.” – deyə eksper deyir.

📝 RƏY BİLDİR