Avropa bankı yalnız müsəlmanlar üçün nəzərdə tutulmuş mobil bank tətbiqini yaradıb

İlk öncə tətbiq Almaniyada istifadəyə veriləcək

Türk bank qrupu Albaraka Türk, Avropada müsəlman cəmiyyətinin nümayəndələri tərəfindən istifadə üçün nəzərdə tutulan öz mobil tətbiqini təqdim edib.

SolarisBankın bank platforması əsasında hazırlanmış bu proqram, ilk olaraq Almaniyada istifadəyə veriləcək. Ancaq vaxt keçdikcə onu Avropada ki bütün müsəlmanlar istifadə edə biləcəklər.

Proqramı həm App Store, həm də Google Play-də yükləmək olacaq. Proqramda cari hesab aça bilərsiniz və ayrıca bu hesaba bağlı Albaraka Türk debet kartını da əldə edə bilərsiniz.

Bundan əlavə proqram müsəlmanlara geniş xidmət növləri təqdim edir. Bunların içində-Zakat kalkulyator(İslam qaydalarına əsasən hər il verilən zəkatın miqdarını hesablayır) və “Nearest Mosque” (ən yaxın məscidin ünvanını dəqiqləşdirir) funksiyaları mövcuddur.

“Bu layihəni təqdim edərək, biz Avropada yaşayan 20 milyondan çox müsəlmana yaxın olduq. Yenilikçi tətbiqimiz həm Türkiyə vətəndaşılarının, həm də digər Avropa ölkələrində yaşayan müsəlmanların ehtiyaclarına cavab verir.” – Melikça Duck, Albaraka Türk-ün baş meneceri