15 C
Baku
Friday, March 29, 2024

Avropa Bankının yeni rəhbəri Azərbaycana oktyabrda gələcək

O, üç il bu vəzifəni icra edəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə yeni ölkə meneceri İvana Duartenin rəsmi işə başlayacağı tarix məlum olub. 

Banker.azın məlumatına görə, “Report” xəbər verir ki, EBRD-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin 3 il müddətində bu vəzifəni icra edəcəyi planlaşdırılır, amma bu müddətin uzadılması da mümkündür.

Məlumata görə, İ.Duarte rəsmi olaraq öz vəzifəsinin icrasına oktyabrın 15-də başlayacaq.
Xatırladaq ki, EBRD-nin Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Nil Makkeyn (Neil McCain) ötən ay işdən çıxıb və Bankın Bişkekdəki (Qırğızıstan) ofisinin direktoru təyin edilib.

Qeyd edək ki, İ.Duarte 2004-cü ilin aprelindən EBRD-də işləyir. Bankın nəqliyyat layihələri üzrə rəsmisi kimi İ.Duarte Almaniya, Qazaxıstan, Macarıstan, Polşa, Slovakiya, Rusiya, Türkiyə və Tacikistanda bir sıra layihələrin reallaşdırılmasında çalışıb.

Hazırda o, EBRD-nin rəsmisi kimi Mərkəzi Avropa, Türkiyə, İordaniya və Mərakeşdəki nəqliyyat layihələrinə nəzarət edir.

İ.Duarte EBRD-dən öncə bir müddət “Citigroup”un London ofisində investisiya bankçılığı və layihə maliyyələşməsi üzrə məsələlərlə məşğul olub.

Son xəbərlər
Digər xəbərlər