13 C
Baku
Saturday, April 27, 2024

Avropa birjaları çökür

Avropa birjaları 1987-ci ildən bəri ən böyük itki yaşayır.

“Bloomberg” xəbər verir ki, Stoxx Europe 600 İndeksi açılışda qlobal bazarlardakı sərt satış dalğasına qatılaraq 8.4 faiz düşüb. İngiltərədə FTSE 100 İndeksi 6.4 faiz düşərək 2008-ci ildən bəri ən böyük itkisini reallaşdırıb. Pul vahidi sterlinq isə rekord aşağı səviyyəyə ucuzlaşıb.

Standard Life Plc, Royal Bank of Scotland Group Plc və Barclays Plc hissələri 26 faizdən çox itki yaşayıb.

Avropadakı digər birjalar da sərt satışlarla qarşılaşıb. Almaniyada DAX İndeksi 8.1 faiz, İsveçrə birjası 4.8 faiz, Fransız CAC 40 8.5 faiz, İtaliya və İspaniya birjaları ən az 4 faiz nisbətində düşüb.

İsveç və Finlandiya birjaları isə tətil səbəbiylə bağlıdır. Qeyd edək ki, son bir neçə gündə birjalar İngiltərənin AB-də qalacağına dair optimizmlə yüklənmişdi.

Publika.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər