12 C
Baku
Friday, March 29, 2024

Avropa İttifaqı şaurmanı qadağan etməyə hazırlaşır

Avropa Parlamenti şaurma istehsalı və satışına qadağa qoymağı planlaşdırır.

Banker.az Associated Press nəşrinə istinadən xəbər verir ki, məmurların fikrincə, bu məhsul təhlükəlidir. Belə məlum olub ki, şaurma üçün ətin hazırlanması zamanı istifadə olunan fosfat sağlamlıq üçün ziyandır. Məsələnin araşdırılması üçün cəlb edilmiş həkimlərin sözlərinə görə, fosfatdan istifadə olunması ürək-qan damar xəstəliklərinə səbəb ola bilər.

Associated Press söhbət apardığı kababxana sahibləri bildiriblər ki, “əlavələrdən imtina edə bilməzlər. Çünki məhz onlar əti daha dadlı edir”

Tək Almaniyada 16 000-dən çox şaurma və yaxud dönərxana var. Aİ müvafiq qərarı verərsə, onların hamısı ya müəssisələrini bağlamalı, yaxud da ətin hazırlanması qaydasını dəyişməli olacaqlar.

Son xəbərlər
Digər xəbərlər